!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın Bakıya absurd təzyiq CƏHDİ: “Nəinki Ermənistanın, hətta onun güvəndiyi dövlətlərin də...”

!Reklam – Yazi

“Azərbaycan tərəfsizliyinə və obyektivliyinə qəti əmin olmadığı Qərb platformalarında danışıqlara getməyəcək”.

Bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycanı müxtəlif beynəlxalq platformalarda təklif olunan görüşlərdən dəfələrlə imtina etməsi ilə bağlı Bakıya yönəlik absurd ittihamını şərh edən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin əsas narazılığı Brüsseldə, yaxud Vaşinqtonda keçirilən danışıqlara Azərbaycanın həvəslə getməməsidir:

“Problemin əsas səbəblərindən biri Qərbin açıq-aşkar Ermənistanı dəstəkləməsi və obyektiv vasitəçi rolunu oynamamasıdır. Bu amili nəzərə aldıqda, Azərbaycanın Qərb meydançasında sülh danışıqlarının aparılmasına həvəslə yanaşmaması normal haldır. Bakı bunun qarşılığında danışıqların ikili formatda ya sərhəddə, ya da Gürcüstanda keçirilməsini təklif edir. Ermənistan isə Qərbin icazəi olmadan bu təklfii qəbul edə bilmir. Nəticə etibarilə, sülh müqaviləsinin imzalanması ləngiyir.

Ermənistan ard-arda verdiyi qeyri-konstruktiv təkliflərlə bu prosesi azı iki ilə yaxın uzatdı. Yalnız özlərinin təklfi verə biləcəyini zənn edirlər. Ancaq Azərbaycanın müəyyən məsələləri dəqiqləşdirmək istəyi tamamilə düzgün yanaşmadır. Ermənistan isə bunu geriyə doğru atılan addım kimi qiymətləndirir. Zəngəzur dəhlizi ilə bağlı məsələni misal götürək. Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr sazişini imzalayaraq, dəhlizə Rusiya hərbçilərinin nəzarət edəcəyini təsdiqləyib. İndi isə bununla razılaşmaq istəmir.

Azərbaycan isə Zəngəzur dəhlizinə rus hərbçilərinin nəzarət etməsinin əleyhinə deyil. Çünki dəhlizin keçdiyi ərazidə Azərbaycan xalqına nifrət edən 10 minlərlə erməni yaşayır. Yəni hər an terror aktının törədilməsi potensial təhlükədir. Bu kimi məsələlərin dəqiqləşdirilməsini istəsək də, Ermənistan razılığa gəlmir. ABŞ və Avropa Birliyinə arxalanan Ermənistan Azərbaycana qarşı müəyyən təzyiqlər göstərməyə çalışır.

Azərbaycan isə tərəfsizliyinə və obyektivliyinə qəti əmin olmadığı Qərb platformalarında danışıqlara getməyəcək. Simonyan da bu bəyanatı ilə Azərbaycana qarşı təzyiq göstərə biləcəyini sanır. Ancaq nəinki Simonyanın, hətta güvəndikləri dövlətlərin belə Azərbaycana təzyiq göstərmək imkanına malik olmadığını dəfələrlə sübut etdik”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv