!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın Cənubi Qafqazda yeni risklər yaradan “MANEVRİ”: “İndi öz siyasi kursunu dəyişməklə...”

!Reklam – Yazi

“Ermənistanın yürütdüyü bu siyasət Cənubi Qafqaz regionunu Qərblə Rusiya arasında münaqişə meydanına çevirir”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın Ermənistanın Qərbyönümlü siyasətini davam etdirməklə, yalnız özünə ziyan verəcəyinə dair bəyanatını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistan eyni regionda yerləşməsinə və eyni dövrdə müstəqillik qazanmasına baxmayaraq, onların istər daxili, istərsə də xarici siyasəti hər zaman bir-birindən fərqlənib:

“Azərbaycan özünün millli maraqlarına söykənən xarici siyasət yürütdüyü halda, Ermənistan bunun tamamilə əksinə olan xətt tutur. Yəni rəsmi İrəvan xalqının və dövlətinin yox, müəyyən məqsədlərlə yaxınlaşmaq istədiyi bu və ya başqa ölkənin maraqlarını önə çəkir.

İllər öncə Ermənistan Rusiya ilə sıx əməkdaşlıq edirdisə, bu gün Qərblə yaxınlaşmanı özü üçün prioritet seçib. Azərbaycan öz xarici siyasətində daim balanslı mövqeyi ilə seçilən ölkə olub. Məhz bu səbəbdən, Azərbaycanın həm ABŞ, həm Avropa, həm də Rusiya ilə münasibətləri bir-birindən asılı olmayaraq, normal vəziyyətdədir.

Ermənistan onilliklər boyu davam etdirdiyi siyasəti dəyişməklə Rusiyadan qoparaq Qərbə meyllənməyə çalışır. Lakin anlamır ki, yürütdüyü bu siyasət Cənubi Qafqaz regionunu Qərblə Rusiya arasında münaqişə meydanına çevirir. Yəni Azərbaycan öz maraqlarının təmin edilməsinə istiqamətlənən, Ermənistan isə Qərbin “maşa”sı olmağa hədəflənən siyasət həyata keçirir.

Bu isə olduqca təhlükəli tendensiyadır. Çünki nəticə etibarilə, Ermənistanın xarici siyasəti həm regionda münaqişə üçün zəmin yaradır, həm də özünün dövlətçiliyini təhlükə altına salır. Belə olduğu halda isə hansısa ölkənin inkişaf perspektivindən danışmağa əsas qalmır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1945
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv