!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın intihara bərabər TƏXRİBATI: “Onlar da, havadarları da əvvəl-axır başa düşməlidirlər ki...”

!Reklam – Yazi

“Ermənistan onun arxasında heç bir qüvvənin dayanmayacağını və dayana bilməyəcəyini anlamalıdır”.

Bu fikirləri Ermənistanın sərhəddə törətdiyi son təxribatların İrəvan üçün ağır nəticələr doğuracağını vurğulayan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan törədəcəyi hər təxribatın cavabını ən ağır formada alacağını dərk etməlidir:

“Danışıqlar prosesinin gedişində erməni xislətinə uyğun təxribatların dəfələrlə şahidi olmuşuq. Ancaq onlar Azərbaycana qarşı bu addımların qəbuledilməz olduğunu hələ də anlamırlar. Qəhrəman ordumuz bu və baş verə biləcək yeni təxribatlara hər dəfə adekvat cavab verib, bundan sonra da verəcək.

Əgər Ermənistan təxribatçı fəaliyyətdən əl çəkməsə Azərbaycan Silahlı Qüvvələrinin daha sərt cavabı ilə qarşılaşacaq. Azərbaycan əsgərinə güllə atılan mövqelər yenə darmadağın ediləcək, lazım olarsa, həmin yerdə Azərbaycan bayrağı yüksəldiləcək.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədlərində müşahidə aparan missiyası ermənilərin təxribatına heç bir reaksiya vermədi. Əksinə, baş verənlərə səssiz qalmaqla, öz işini bitmiş hesab etdi.

Ermənistan onun arxasında heç bir qüvvənin dayanmayacağını və dayana bilməyəcəyini anlamalıdır. Onlar da, havadarları da əvvəl-axır başa düşməlidirlər ki, öz çirkin niyyətlərini heç bir halda gerçəkləşdirə bilməyəcəklər. Bu səbəbdən, belə addımlardan birmənalı olaraq çəkinməlidirlər. Yoxsa gələcəkdə daha ağır nəticələrlərlə qarşılaşacaqlar”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv