!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın müharibə HAZIRLIĞI: "Ermənistandakı torpaqlarımız geri qaytarılmalıdır və qaytarılacaq"

!Reklam – Yazi

“Ermənistan çox ciddi şəkildə silahlanmağa çalışır. Bu yalnız Azərbaycana qarşı yox, həm də Türkiyəyə qarşıdır”.

Bu fikri Ermənistanın sürətlə silahlanması, yeni müharibə ehtimalı, regionu gözləyən təhlükəni dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Ermənistandakı torpaqlarımız geri qaytarılmalıdır və qaytarılacaq:

“Azərbaycanda böyük əksəriyyət Ermənistanla sülh müqaviləsinin imzalanmasına sadəlövhcəsinə inanırdı. O zaman da deyirdim ki, ermənilər sülhə hazır deyil, vaxt qazanmaq istəyirlər. Ermənistan indi də sülh müqaviləsi imzalamağa hazır deyil. Nə Paşinyan, nə müxalifət, nə cəmiyyət, nə diaspor, nə də kilsə sülhə hazırdır. Ermənistan çox ciddi şəkildə silahlanmağa çalışır. Bu yalnız Azərbaycana qarşı yox, həm də Türkiyəyə qarşıdır. Onlar Türkiyə ilə Azərbaycanı bir yerdə görür. Aydın görünür ki, bu proses davam edəcək. Bu işin prespektivi yoxdur. Çünki Ermənistanın insan resursu çox aşağıdır.

Bütün hallarda düşmən müharibəyə hazırlaşırsa, buna hazır olmaq lazımdır. Toqquşmanın olacağını gözləyirəm. Yekunda Ermənistanın kaputulyasiya imzalayacaq.

Azərbaycanda siyasətçilər və təşkilatların demək olar ki, böyük hissəsi dədə-baba torpağı adı çəkməkdən qorxurlar. Məndən başqa heç kim bundan danışmır. Başqa vaxt milli dava adamları, türkçülük, bütöv Azərbaycandan yekə-yekə danışırlar. Bir mən deyirəm ki, Ermənistandakı torpaqlarımız geri qaytarılmalıdır və qaytarılacaq.

Düşünürəm ki, Ermənistan cəmiyyəti Azərbaycanın nə düşündüyünü görməlidir. Onları daim təzyiq altında saxlamaq lazımdır. Kimi dindirirsən, beynəlxalq hüquqdan danışır. Bu, yalnışdır.

Azərbaycan siyasi dairələri, mediası, QHT-ləri iddia ilə çıxış etməlidir ki, qarşı tərəf də görsün nə istədiyimizi. Müharibə olacaqsa, Azərbaycan İrəvana qədər gedəcək, erməni dövləti müstəqilliyini də itirəcək. Bunu ermənilərin içlərində olan müəyyən ağıllı adamlar da deyir.

Azərbaycan Prezidenti bildirdi ki, Göyçəyə, İrəvana gedəcəyik. Ancaq hakim partiya bu tezisi inkişaf etdirə bilmədi. Debatlara çıxırıq, hamı beynəlxalq hüquq deyib durur. Ermənistan qoşunları Azərbaycan ərazisindədir. Nə beynəlxalq hüquq? Belə olmaz. Belə qorxaq, ürkək münasibət olan yerdə ermənilər də ayaq açır”.

Səxavət Məmməd

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv