!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş adamına qarşı TƏZYİQ: Zorakılıq, həbs, yalançı ittiham... -  İDDİA / VİDEO

!Reklam – Yazi

Şəmkir rayonu Çinarlı qəsəbəsində polis iş adamının oğlunu maşında maska taxmadığı üçün saxlayıb və daha sonra polisə müqavimət göstərdiyinə görə polis idarəsinə aparıb.

Bu barədə Yenicag.az-a Məhəmməd Zeynalovun atası Elnur Zeynalov məlumat verib.

E.Zeynalovun sözlərinə görə, Post Patrul Xidmətinin əməkdaşları övladının sürdüyü maşını saxladaraq, maska taxmamasının səbəbini soruşub və promlemlər bundan sonra başlayıb:

“Oğlum polisin, “Maşında niyə maska taxmamısan?”, – sualına, “Maşında niyə maska taxmalıyam?”, – sualı ilə cavab verib. Oğlumu təhqir ediblər. O da polisə cavab qaytarıb. Bundan sonra onu polis idarəsinə aparıblar. Gecə ilə də gəlib maşınımızı evakuatorla aparıblar. Bizi oğlumla görüşməyə də imkan vermirdilər. Bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat vermişik. 102 xidmətindən bildirdilər ki, polisin o şəxsi saxlamağa heç bir ixtiyarı yoxdur.

Vəkilimiz bildirdi ki, oğluma maşını evdən oğurladığı barədə izahat yazıdırmaq istəyirlər. Övladım əvvəla mənim maşınımı niyə oğurlamalıdır? İkincisi isə polisə zəng edib, maşının oğurlanması barədə məlumat vermişik? Bu heç doğru addım deyil”.

Zeynalov Elnur bildirib ki, oğlunun bu şəkildə saxlanılmasının səbəbi onun sahibkarlıq fəaliyyəti ilə bağlıdır:

“Böyük təsərrüfatım var. Dövlətə vergimi verirəm. Heç bir qanunsuz fəaliyyətim yoxdur. İmkan vermirlər ki, Şəmkirdə təsərrüfatımı saxlayım, işimi görüm. Cənab prezident İlham Əliyev hər dəfə bildirir ki, sahibkarları incitmək olmaz. Ancaq məni, bəzən birbaşa, bəzən də dolayı yolla incidirlər. Prezident İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova mürəcət edərək, xahiş edirəm ki, fəaliyyətimizə qarşı olan bu cür addımların qarşısı alınsın”.

Dünən saat 18:00-da məhkəmə prosesi baş tutub. Elnur Zeynalovun sözlərinə görə, oğlunu məhkəməyə terrorçu gətirirmiş kimi gətiriblər:

“Məhkəmə iclasında hakim öncə protokolun düzgün yazılmamasını irad tutub. Məhəmməd Zeynalov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) hakim qarşısına çxıarılıb. Hakim bildirib ki, protokol düzgün tərtib edilməyib. Məhəmməd Zeynalov 50 manat məbləğində cərimə olunub. Düşünürük ki, bu tip hdisələrin ardı gələcək. Ona görə də, bir daha ölkə prezidentinə və müvafiq orqanlara müraciət edərək, dolayı yolla mənə qarşı olan təzyiqə son qoyulmasını istəyirəm”.

Məhəmməd Zeynalovun saxlanılma anının və maşının aparılma anının video görüntülərini sizə təqdim edirik:

www.yenicag.az

1198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv