İşə götürənlərə xəbərdarlıq
İşə götürənlərə xəbərdarlıq. Əmək müqavilələrinin yeni elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi üçün 6 gün vaxt qaldı. Oktyabrın 1 – də bütün əmək müqavilələri sistemdən olmalıdır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin dediyinə görə, bu günə qədər 957 min müqavilə artıq sistemə daxil edilib. Lakin sistem yeni olduğundan, bəzi problemlər yaranır.
Problemlərindən biri də, vətəndaşların əsas və əvəzçilik iş növləri ilə bağlıdır.
İşə götürənlərin problemlə üzləşdiyi zaman əlaqə saxlaya biləcəkləri 142 çağrı mərkəzinə bu günə kimi məsələ ilə bağlı 100-lərlə zənq daxil olub. Qeydiyyatı həyata keçirməyənlərə qarşı inzibati cərimə nəzərdə tutulur. Hüquqi şəxslər üçün – 20 , 25 min manat, fiziki şəxslər üçün isə 3-5 min manat. (xezerxeber.com)