!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşə qəbul zamanı diqqət edilməsi vacib olan MƏQAMLAR  

!Reklam – Yazi

İşləmək, insanların həyatlarını davam etdirməsi və dolanışığını təmin etməsi üçün vacib bir amildir. Eyni zamanda, işləmək karyera inkişafı üçün də böyük əhəmiyyət daşıyır. Lakin bir çox insan iş müsahibəsi zamanı müxtəlif səhvlərə yol verə bilər, bu da onların həmin işə qəbul olunmalarına maneələr yarada bilər. Bəs işə qəbul prosesində insanlar hansı səhvləri edirlər? Müsahibə zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı Yenicag.az-a danışan Karyera və İşə Hazırlıq Mərkəzinin rəhbəri, karyera məsləhətçisi Şahin Sərdarlı deyib ki, işə qəbul prosesi çox ciddi bir mərhələdir.

“Bu mərhələyə çatmaq üçün namizədlər nəzəri və praktiki biliklərini tam təkmilləşdirməli, kurslar keçməli və təcrübə proqramlarında iştirak etməlidirlər. Bütün bu mərhələləri tamamlayan namizədlərdən bəziləri iş müsahibəsi zamanı uğursuz nəticə əldə edə bilirlər. Bu vəziyyətin əsas səbəblərindən biri müsahibə mərhələsinə ciddi hazırlaşmamaqdır. Əsas səhvlərdən biri şirkəti tam araşdırmadan müsahibəyə getməkdir. Şirkəti yaxından tanımaq, onun tələb və təkliflərini analiz etmək, daha sonra isə müsahibəyə qatılmaq vacibdir”, – deyə o əlavə edib.

Ş.Sərdarlı iş müsahibəsi zamanı diqqətli olunmalı lazım olan məqamlardan da bəhs edib.

“Müsahibə zamanı geyim qaydalarına ciddi fikir vermək lazımdır. Təyin olunmuş vaxtda mütləq məkanda olmaq vacibdir. Hədəfləri müəyyənləşdirmək, “Mən kiməm və nə istəyirəm?” sualının cavabını tapmaq, “Nə üçün siz?” sualına aydın və əsaslı cavab təqdim etmək zəruridir. Ən önəmlisi isə namizədlərin səlis və axıcı nitqə sahib olması və özünü təqdimat bacarıqlarını artırmasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv