Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İSESKO-ya üzv ölkələrin konfransı keçirildi

Reklam: High Technic

İyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə baş tutan konfransın açılış sessiyasında İSESKO-nun Baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos çıxış ediblər.

Konfransın gündəliyinə COVID-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və İSESKO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil idi.

Virtual konfransda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edib. Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verib, həmçinin Azərbaycanın İSESKO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd edib.

Sonda konfransın yekun bəyannaməsi qəbul edilib.

www.yenicag.az

284