“İşğalçı dövlətlə işğala məruz qalan bir dövlətə münasibət eyni olmamalıdır”

media-hightechnic-468x90

10588611_10203592992578149_1036188763_n“Azad Həmfikirlər” : “Xarici dövlətlər və beynəlxalq təşkilatlar haqqı- nahaqdan seçməyi bacarsınlar”

” İşğalçı dövlətlə işğala məruz qalan bir dövlətə münasibət eyni olmamalıdır”

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Ermənistan- Azərbaycan müharibəsi nəticəsində yaranmış cəbhədə son günlər erməni tərəfinin yaratdığı gərginlik və bu gərginlik nəticəsində şəhid düşən və yaralanan hərbi və mülki şəxslərin sayının günbəgün artmasından öz narahatlığını ifadə edərək bəyanat yayıb. Bəyanatda bildirilir:

“Biz “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi olaraq bəzi dövlətlərin və xarici təşkilatların Ermənistan və Azərbaycana eyni gözlə baxması və məsələyə ikili standartlardan yanaşmasından çox narazıyıq. Dünya Birliyi işğalçı dövlətlə işğala məruz qalan bir dövlətə eyni münasibətdə olmamalıdır. Çox təəssüf ki, bu gün bir çox xarici dövlətlər Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə ona hərbi və digər yardımlar göstərir. Bu Azərbaycan gəncləri olaraq bizləri narahat edir. Tarixə nəzər salsaq, görərik ki, Ermənistan dövləti 1830- cu ildən sonra Rusiyanın Türkiyə və Ermənistandan köçürdükləri ermənilərə zaman- zaman Azərbaycan torpaqlarının verilməsi hesabına mümkün olub. Bu gün isə o ermənilər bu ərazidə ikinci bir erməni dövləti yaratmaq istəyirlər. Rusiyanın Cənubi Qafqazda əsas təsir vasitəsi olaraq gördüyü Qarabağ probleminin artıq həllinin çatdığını düşünürük. Azərbaycan 20 ildir səbr edir, məsələni danışıqlar- sülh yolu ilə həll etməyə çalışır. Bu gün Azərbaycanın qüdrətli ordusu var. O ordu ki, BMT və bütün dünya dövlətləri tərəfindən öz ərazisi kimi tanınan, Ermənistanın işğalı altında olan torpaqlarını azad etməyə qadirdir. Ukrayna böhranından sonra bütün dünya Rusiyanı daha yaxşı tanıdı. Bir çox dövlətlər bu ölkəyə qarşı sanksiyalar və təziqlər tətbiq etdilər. Faktiki olaraq Rusiyanın forpostu olan işğalçı Ermənistana isə heç bir sanksiya tətbiq olunmur, ona münaqişənin həlli üçün Azərbaycan torpaqlarından çəkilməli, qaçqın və məcburi köçkünlərin öz dədə- baba torpaqlarına qayıtmalı olduğunu xatırlatmaq və əks təqdirdə yardımlar kəsiləcəyi, sanksiya və təziqlərin artacağını bildirmək gərəkdir. Bunun üçün bütün dünya əhalisindən, beynəlxalq təşkilatlardan və xarici ölkələrdən haqqı- nahaqdan seçməyi bəyan edirik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600