“İşğalla barışmaq olmaz” MESAJI – Ukrayna Azərbaycandan NƏYİ ÖYRƏNDİ?

media-hightechnic-468x90

“Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı açıqlamaları, xüsusilə də Ukrayna ilə bağlı fikirləri Azərbaycan cəmiyyətinin çox böyük kəsiminin mövqeyinin ifadəsidir”.

Bunu Yenicag.az-la söhbətində politoloq Xəqani Cəfərli deyib.

media-xaqanicafarli

Siyasi təhlilçi III Şuşa Qlobal Media Forumunda iştirak edən ukraynalı jurnalist Dmitri Qordonun Prezident İlham Əliyevə ünvanlandığı sual və dövlət başçısının cavabını şərh edib.

Onun sözlərinə görə, əraziləri işğala məruz qalmış, beynəlxalq aləmin işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymaq cəhdi ən yaxşı Azərbaycan xalqına tanışdır:

“İşğaldan, ədalətsizlikdən ən çox zərər çəkən bir xalq kimi Azərbaycan xalqı Rusiyanın işğalına məruz qalmış Ukraynaya rəğbət bəsləyir. Prezident İlham Əliyev də Azərbaycan xalqının hiss və fikirlərini ifadə edib. Digər tərəfdən beynəlxalq münasibətlər üzrə mütəxəssis olan Prezident İlham Əliyev işğalla barışmağın ağır nəticələr doğuracağını, Azərbaycanın işğalla barışmamasının torpaqların azad edilməsinə gətirib çıxardığını təcrübədən bildiyi üçün dost və müttəfiq Ukraynaya başqa məsləhət verməsini gözləməyin özü yanlışdır. Yəni Prezident İlham Əliyev tam məntiqli olaraq Ukraynaya işğala barışmamağı tövsiyə edib. Dövlət başçısının bu mövqeyi Azərbaycan xalqı tərəfindən birmənalı dəstəklənməklə yanaşı, postsovet coğrafiyasında da böyük rəğbət doğurub. Bütün bunlar Azərbaycana və Azərbaycan xalqına hörməti artırır”.

Rafi Müslümov

 

 

 

 

 

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600