İŞİD 9 günə 217 hərbçini edam etdi

media-hightechnic-468x90

IS_insurgents,_Anbar_Province,_Iraq21.05İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları son 9 gün ərzində Palmira şəhəri və onun ətrafında yerləşən ərazilərdə 217 hərbçini edam edib.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları üzrə Monitorinq Mərkəzi xəbər yayıb.

“Yaraqlıları 14 uşaq, 12-i isə qadın olmaqla 67 dinc sakini qətlə yetiriblər. Bundan əlavə yaraqlılar Suriya ordusunun 150 hərbçisi edam edilib”, – deyə Mərkəzin yaydığı bildirilib.

Bundan əlavə İŞİD ötən həftə ələ keçirdiyi Ramadi şəhərində də kütləvi qətliam törədib. Belə ki, yayılan məlumatlarda İŞİD-in 400-ə yaxın insanı öldürdüyü vurğulanır.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600