Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən 11 nəfərə hökm oxunub.
Yenicag.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə Samir Qurbanov 8 il, Amil Həsənov, Əflatun Bayramov və Babək Məmmədli hər biri 7 il, Tehran Qasımov 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər – Cavid Əmənov, Yusif İmanov, Orxan Qurbanov, Elvin İsmayılov, Şəhriyar Cabbarov və Ələddin İ̇bişov hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu adıçəkilən şəxslərə elan olunmuş ittihamların bir neçəsi məhkəmə istintaqı dövründə sübuta yetirilməyib.
Məhkəmə iclasında yenə də gərginlik yaşanıb. Təqsirləndirilən şəxslər hökmdən narazı qalıblar. Dustaqlar arasında yaranan gərginliyə konvoy əməkdaşları müdaxilə edib.
www.yenicag.az