İŞİD-dən avtobusda partladılan şiələrin intiqamı alındı – Faktlar

media-hightechnic-468x90

30296937Yenicag.az Əfqanıstan Kəşfiyyat İdarəsinin (NDS) yaydığı məlumata istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Nangahar şəhərinin Açin bölgəsində aparılan hava əməliyyatı nəticəsində İŞİD-in Əfqanıstan nümayəndəsinin köməkçisi Gul Zaman öldürülüb. Nangahar Valiliyinin mətbuat katibi Əhməd Ziya Abdulzai bildirib ki, “İŞİD-çilər toplantıda olduğu zaman keçirilən əməliyyat zamanı 49 İŞİD-çi öldürüldü”.  

Qeyd edək ki, son iki ayda Əfqanıstanın şərqində İŞİD aktivliyini artırıb və Talibanla döyüşməkdədir.

Xatırladaq ki, İŞİD Nigeriyadan Pakistana qədər bir çox ölkədə müsəlman radikallarla əlaqə qurub. Əfqanıstan isə İraq və Suriyadan sonra ən geniş yayıldıqları ölkələrdən bidirir. İŞİD-in Əfqanıstan-Pakistan qoluna köhnə Talibançı Hafiz Səid Xan rəhbərlik edir. Bu ilin yanvarında Əfqanıstan və Pakistandan olan 10 cihadçı komandirlə Talibandan ayrılıb İŞİD-ə qoşulan Xan nəzarət etdikləri bölgəyə Xorasan vilayəti adını veriblər.

Əfqanıstan və Pakistanda müxtəlif terror əməliyyatları həyata keçirən qrup Gul Zaman liderliyində 13 mayda Karaçi şəhərində avtobusda şiələri hədəf seçən terror əməliyyatı həyata keçirmişdilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600