!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-in "qadın ovu"nun qurbanı cazibədar modeldən dəhşətli etiraf: "Xoşuma gəlirdi" - FOTO

!Reklam – Yazi

London sakini 29 yaşlı model Kimberli Mayners (Kimberley Miners) İŞİD terror təşkilatının döyüşçüləri tərəfindən cəlb olunmasından danışıb.

Yenicag.az xəbər verir ki, Kimberli 2 il əvvəl İŞİD döyüşçülərindən bombaların müəyyən yerlərə yerləşdirilməsinə dair təlimatlar alıb. Həmin yazışmalar polisin əlinə keçdikdən sonra cazibədar model dərhal həbs olunub. Kimberlini 10 il azadlıqdan məhrum edilmə cəzası gözləyirdi, lakin sonradan o, bəraət ala bilib.

“İslam dövləti”nin döyüşçüləri sosial şəbəkə vasitəsilə aktiv şəkildə “qadın ovu” ilə məşğul olurlar. Onlar adətən 18-35 yaşlı, dinlə maraqlanan və depressiv halda olan qadınları seçirlər. Və bu tələyə düşənlərin sayı yetərincədir. Məsələn, bu yaxınlarda İraq məhkəməsi İŞİD sıralarına qoşulan 19 nəfər rusiyalı qızı ömürlük həbsə məhkum edib.

İlk baxışda, Kimberli İŞİD tələsinə düşməmək üçün uğurlu persona idi. O, təminatlı ailədə doğulmuş, fərqlənmə ilə məktəbi bitirmiş, 18 yaşından model kimi fəaliyyətə başlamış, 24 yaşında milyonçu ilə nişanlanmışdı. Lakin hamiləlik dövründə Kimberli uşağı itirir və nişanlısı onu atır.

Hər şey bundan sonra başlayır: depressiya halında yazılan postlara diqqət yönəldən İŞİD təmsilçiləri hərəkətə keçir: “O, mənim hisslərimi bölüşürdü, mənə tək olmadığımı deyir, kömək təklif edirdi. Mənim həmin vaxtı bu cür diqqət və hörmət xoşuma gəlirdi”, – deyə Kimberli izah edir.

“Dost” Kimberliyə Suriyaya köçməyi və onun arvadı olmağa razı salır, hər şeyin puç olduğunu aşılayır, ona terror aktı həyata keçirməyi təklif edirdi.

Həbsdən sonra Kimberli başa düşdü ki, onun “sevgilisi” Nadid Hüsein ən azı 10 qıza bu cür təkliflər edib. Onlardan biri – 18 yaşlı Safaa Bular iyun ayında Londonda terror aktı hazırlığında günahkar bilinərək həbs edilmişdi.

Mənfur “adaxlı” özü isə Suriyada növbəti döyüşlərin birində həlak olub.

Kimberli polislərə dərin minnətdarlığını bildirərək qeyd edib ki, onlar terrorçu ilə onun ünsiyyətini vaxtında aşkar ediblər.

“Qoy hər kəs bilsin ki, İŞİD döyüşçüləri sosial şəbəkələrdə zəif insanların fəal axtarışı ilə məşğuldur”, – deyə o, fikrini yekunlaşdırıb.

Zaur H.

www.yenicag.az

6905
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv