İŞİD-in yalanı bəlli oldu

media-hightechnic-468x90

67972İŞİD terror qruplaşmasının Bağdad hava limanının 12 kilometrliyinə çatması xəbəri təkzib edildi.

Bağdad Əməliyatlar Komandalığının sözçüsü Sead Mean İŞİD-lə hava limanı yaxınlığında döyüşlərin getməsi barədə məlumatları yalanlayıb.

Onun sözlərinə görə, İŞİD-in Bağdada hücuma keçdiyi barədə məlumatlar gerçəkliyi əks etdirmir. Belə ki, İraq ordusu və könüllüləri 2 aydan çoxdur ki, Bağdad kəməri deyilən bölgədən başlayaraq Diyaliz, Səlahəddin, Babil vilayətlərində müdafiədən hücuma keçib. Hücumlar nəticəsində İŞİD-in ələ keçirdiyi bir çox vilayətlər geri alınıb.

Qeyd edək ki, bu gün yayılan məlumatlarda bildirilirdi ki, İŞİD-in 10 min yaraqlısı İraqın paytaxtına hücuma keçib və strateji əhəmiyyətə malik Bağdad hava limanının 12 kilomterliyinədək gedib çatıb. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600