İŞİD-lə “Əl Qaidə”nin sərhədimizdə savaşı başladı
İŞİD artıq Azərbaycanın Dağıstan sərhədində problemə çevrilməkdədir. Belə ki, çeçenlərin “Qafqaz Əmirliyi” İŞİD ilə “Əl Qaidə” arasında qalıb. Bir sıra üzvləri İŞİD-i dəstəkləsə də, “əmirliy”in rəhbərliyinin yeni Dağıstan “vali”si Səid Arakanski “Əl Qaidə”yə bağlı olduqlarını bildirib.
Yenicag.az Timetürkə istinadən xəbər verir ki, hazırda Qafqaz dağlarında bu məsələ ciddi krizisə səbəb olmaqdadır. Bu krizisin səbəbi isə İŞİD ilə “Əl Qaidə”nin qlobal cihada liderlik məsələsində rəqabətidir. “Əl Qaidə”nin tərəfində olduğunu ortaya qoyan “Qafqaz Əmirliyi”nin İŞİD-ə qoşulanları geri çağırmaqla qarşı tərəfi olduqca qıcıqlandırmaqdadır. Qarşı tərəf isə “əmirliy”in içərisində özünə bağlı şəxslər taparaq, Qafqazda “Əl Qaidə”dən daha çox söz sahibi olmaq istəyir.