İŞİD Liviyaya doğru irəliləyir

media-hightechnic-468x90

1011177_detayMisirin Sinay yarımadasında fəaliyyət göstərən radikal dini qruplardan olan Ənsar Beyt əl Makdis İŞİD terror təşkilatına etimad etdiyini bildirdikdən sonra İŞİD-in diqqəti Liviyaya yönəlib. Bildirək ki, İŞİD-ə etimad müraciətinin videosu Twitter sosial şəbəkəsində yayılıb.

Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Liviyanın liman şəhəri Dərnə artıq İŞİD-in əlinə keçib. Xatırladaq ki, liman şəhərində müxtəlif dini cərəyanlara məxsus radikal-terrrorçu qruplar fəaliyyət göstərir. Dərnə şəhərində İŞİD bayrağının dalğalandığı da məlum olub.

Artıq sözügedən şəhərdə 800 İŞİD döyüşçüsü təlim keçir.

Qeyd edək ki, 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada son vəziyyət olduqca mürəkkəbdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa