!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD namazı qadağan etdi!  

!Reklam – Yazi

140615125244-isis-0615-horizontal-galleryİŞİD terror qruplaşması işğal etdiyi Mosulda bayram namazını qadağan edib. Yenicag.az xəbər verir ki, bunu Bərzaniyə yaxınlığı ilə bilinən “Rûdaw” saytına açıqlama verən Kürdüstan Demokrat Partiyasının Mosul nümayəndəsi İsmət Rəcəb açıqlayıb.

Onun sözlərinə görə, İŞİD bayram namazını “bidət” (dinə sonradan əlavə edilən) əməl elan edərək, qadağan edib. Məscidlərin nəzarət altında olacağını və bu qadağaya tabe olmayanların cəzalandırılacağı bildirilir.

Mosulda ciddi qadağaların hökm sürdüyünü bildirən İsmət Rəcəb bu qərarın əhalinin ciddi narazılığına səbəb olduğunu bildirib. Qeyd edək ki, İŞİD yanvar ayında da qəndil mərasimlərini qadağan etmişdi.

Terror örgütü eyni zamanda türbələri və muzeyləri bombalamışdı.

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv