İŞİD Türkiyədə terrora hazırlaşır

media-hightechnic-468x90

img1735461Türkiyənin MİT-i (milli təhlükəsizlik qurumu – red.) hesab edir ki, İŞİD qruplaşması xarici dövlətlərin Ankara və İstanbulda yerləşən səfirlik və konsulluqlarına qarşı terror aktları hazırlayır.

Yenicag.az müsavat-a istinadən bildirir ki, bu barədə “Huriiyet” qəzeti adı çəkilən təşkilata yaxın mənbəyə istinadən yazıb.

“Hesab edilir ki, silahlıların arasından partlayıcı texnika mütəxəssisləri və “kamikadzelər” partlayıcı qurğulardan və silahlardan istifadə eləməklə Ankara və İstanbuldakı diplomatik missiyalara hücum hazırlaya bilərlər”, – deyə məlumatda qeyd olunur. Bildirilir ki, yaraqlılar artıq diplomatik nümayəndəliklərin ərazisində kəşfiyyat da aparıblar.

Qəzetin yazdığına görə, MİT 3 minə yaxın İŞİD silahlısının Suriya və İraqdan Türkiyəyə keçmək istəməsi barədə təhlükəsizlik idarələrini və jandarmeriyaları məlumatlandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600