!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşlə təmin olunan qadınların sayı açıqlandı

!Reklam – Yazi

Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2024-cü ilin 8 ayında 35 min 645 qadın işlə təmin olunub.

Agentliyin Strateji kommunikasiya departamentindən Yenicag.az-a verilən məlumata görə, özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların kiçik sahibkarlığa çıxışında əhəmiyyətli rola malikdir. Həmin proqram üzrə bu il daha 3176 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.

Digər mühüm istiqamət olaraq bu il 7 minə yaxın qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib. Peşə kurslarını uğurla başa vuran qadınların işlə təmin olunmasına dəstək göstərilib.

COP29

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv