!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda fermerlərin torpaq davası səngimir: “Məhkəmə 3 dəfə mənim xeyrimə qərar çıxarıb...”

!Reklam – Yazi

“Məhkəmə araşdırması zamanı onların mənə qarşı iddialarının böhtan olduğu üzə çıxdı”.

Yenicag.az-a müraciət edən İsmayıllı rayon Tircan kənd sakini Əflatun Həsrətov aralarında torpaq mübahisəsi olan Dönməz Məmmədovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Həsrətovun sözlərinə görə, Dönməz Məmmədovun sahiblənmək istədiyi torpaq sahəsi onun ata-baba torpağıdır:

“Bu bir il ərzində 170 dəfə Daxili İşlər Nazirliyinin 102 “qaynar xətti”nə bizdən şikayət edib. Torpağın ona aid olduğunu iddia edir.

Mübahisənin həll olunması üçün məhkəməyə müraciət etdik və məhkəmə mənim xeyrimə 3 qətnanə çıxardı. Məhkəmənin qərarına hər kəs hörmətlə yanaşmalıdır.

Dönməz Məmmədov və dostu mənə məxsus torpağı istəsələr də, məhkəmə mənim haqlı olduğuğma qərar verirb. Bundan başqa, iddia etmişdilər ki, guya mən onların itini və inəyini öldürmüşəm. Məhkəmə bu iddianın da şər-böhtan olduğunu müəyyənləşdirdi.

Bir dəfə də təhqirə görə məhkəməmiz olub. Abşeron rayon məhkəməsi o işlə bağlı qarşı tərəfi üzr istəmək şərti ilə 700 manat cərimə edib”.

Mənim tərəfimdən heç bir sənəd saxtalaşdırılmayıb. Arxivin sədri ölməyib, mən ölməmişəm. Sənədlərin doğruluğu məhkəmədə də təsdiqlənib. Eyni zamanda, Korrupsiya İdarəsi də o sənədləri araşdırıb və hər hansı saxtakarlıq aşkarlanmayıb.

Arxivə yalandan necə sənəd qoymaq olar? Bu işi İsmayıllı rayon Prokurorluğu da, məhkəməsi də araşdırıb. Onların mənə qarşı iddialarının hamısı yalandır. Əlimdə məhkəmə qətnamələri var, bu işdə mən haqlıyam”.

Mövzuya dair öncəki yazını bu linkdən oxuya bilərsiniz:

Səxavət Məmməd

www.yenicag.az

1694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv