!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıda yol qəzası: 5 nəfər yaralandı

!Reklam – Yazi

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saat 6:30 radələrində İsmayıllı şəhərindəki Şəhidlər Xiyabanının yanında qeydə alınıb. Rayonun Qalıncaq kənd sakini, 1991-ci il təvəllüdlü Ruzi Məcidovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn Quşencə kənd sakini, 1993-cü il təvəllüdlü Şəhriyar Babazadənin idarə etdiyi “Ford” markalı avtomobillə toqquşub.

Hadisə zamanı Məcidov Ruzi Arzu oğlu, Abdulazaqov Şəhriyar Vahid oğlu, Abdulazaqova Fatimə Zinhar qızı, Abdulazaqova Kamilə Kənan qızı, Babazadə Şəhriyar Vahid oğlu xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./unikal

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv