!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İspaniyalı hakim növbəti dəfə Bakıda

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçının hakimləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada ispaniyalı Xavyer Estrada Fernandes fit çalacaq. Ona bu işdə Migel Martines və Teodoro Sobrino kömək edəcək. 4-cü hakim funksiyasını isə Alexandro Ernandesdir yerinə yetirəcək.

Qeyd edək ki, bu, Fernandesin Azərbaycana ikinci səfəri olacaq. Belə ki, 41 yaşlı referi bundan əvvəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən “Qəbələ” – PAOK (0:0) matçında ədaləti qorumuşdu.

Yenicag.az

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv