İsrail atəşkəsi pozub, 63 nəfəri öldürdü

media-hightechnic-468x90

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” Fələstin tibb mənbələrinə istinadən məlumat yayıb.

“İsrailin Qəzza zolağında yaşayış binalarına və qaçqın çadırlarına endirdiyi zərbələr nəticəsində 24 uşaq da daxil olmaqla 63 nəfər həlak olub”, – deyə qeyd olunub.

Medianın məlumatına görə, çərşənbə günü gecə Qəzza şəhəri, Xan Yunis, Beyt Lahiya, anklavın mərkəzi hissəsindəki Nuseyrat və Bureyc düşərgələri, həmçinin digər ərazilər hava hücumlarına məruz qalıb. İsrail Hərbi Dəniz Qüvvələrinin dəniz qayıqları və tankları da Rəfaha atəş açıb./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa