!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail atom silahından istifadə edərsə... – Üçüncü Dünya Müharibəsi TƏHLÜKƏSİ

!Reklam – Yazi

“İsrail atom silahından istifadə edərsə, bu, Üçüncü Dünya Müharibəsini qaçınılmaz edəcək”.

Bu fikiri Yenicag.az-a açıqlamasında İran İsrail arasındakı gərginlik, İsrail tərəfinin İrana cavab zərbələri endirmə ehtimalları və hazırkı vəziyyəti dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, İsrail və ABŞ İranın asan yem olmadığını anladı.

“İsrail hökuməti səhvini başa düşüb. Hesab edirəm ki, İranın hücumuna qədər Netanyahu hökuməti İranın hansı qüvvəyə malik olduğunu bilmirdi. Biz əvvəldən deyirdik ki, İranın hərbi gücünü ciddiyə almaq lazımdır. Buna bəziləri istehza ilə yanaşırdı. Həmin şəxslər gərək Rusiya Ukrayna müharibəsinin gedişinə baxaydılar. Müharibədəki dönüşü İranın dronları, raketləri və Koreydan aldığı raketlər dəyişdi”, – deyə o əlavə edib.

T.Eyvazov qeyd edib ki, İranla İsrail arasında sərhəd yoxdur.
“İranın hazırlaşmasının səbəbi həm məsafənin uzaqlığına, həm də Ramazan ayına görə idi. İran 3 ölkə üzərindən İsrailə zərbə endirməli idi. Bütün bunlara baxmayaraq, İran bu addımı atdı. İran qarşısına qoyduğu iki hədəfi vura bildi. Bəziləri elə düşünür ki, İran bütün İsraili hədəfə almışdı. Ancaq İranın əsas iki hədəfi var idi. Bu hədəflərdən birindən Dəməşqdəki konsulluğu vuran baza, digəri isə İsrailin ən önəmli aviabazalarından biri idi. Sonuncu aviabaza İsrailin ən çox qorunan aviabazası idi. Oranın qorunması 3-4 qat hava hücumundan müdafiə sistemləri ilə qorunurdu. İran oranı da vurmaqla göstərdi ki, İsrailin bütün hədəflərini vura bilər”, – hərbi ekspert bildirib.

O vurğulayıb ki, bəzi məlumatlara görə, Livanda “Hizbullah”ın əlində 140 minə yaxın müxtəlif ölçülü raket var:
“Əgər o raket yağışı başlasa, İsraili heç bir hava hücumundan müdafiə sistemi saxlaya bilməyəcək. İranın hücumu zamanı bir ədəd “Patriot” hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. İran tərəfinin 70-80 milyon dollar arasında xərci çıxıb, ancaq İsrail tərəfinin isə 1.5 milyard dollar ziyana düşdüyünü deyə bilərik. Digər ölkələri də nəzərə alsaq, bu rəqəm daha da qalacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, İsrail tərəfi İranı vurmağa çalışacaqsa, İranın ağır cavab zərbəsi olacaq. İranın atom başlıqları əldə etmək imkanları çox asandır. Bunu Rusiya, Çin və Şimali Koreyadan təmin edə bilər. İsrail atom silahından istifadə edərsə, bu, Üçüncü Dünya Müharibəsini qaçınılmaz edəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv