“İsrail-İran müharibəsi dövründə Azərbaycanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin aktuallığı azalacaq”.
Bunu Yenicag.az-a açıqlamasında İsrail-İran münaqişəsinin Cənubi Qafqaz, xüsusilə Azərbaycana təsirindən danışan politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə uzun müddətdir proksi qüvvələr və casus şəbəkələr üzərindən davam edən İran-İsrail müharibəsi indiki dövrdə birbaşa toqquşma mərhələsinə keçid edib.
“Müharibənin uzanacağı təqdirdə, Azərbaycana hansı təsirlərin ola biləcəyi haqda düşünmək vacibdir. İlk olaraq nəzərə almaq lazımdır ki, İsrail-İran müharibəsi dövründə Azərbaycanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin aktuallığı azalacaq. Eyni zamanda, müharibənin şiddətinin artması müxtəlif problemlərə yol açacaq.
Ən başlıcası isə İran vətəndaşları qonşu ölkələrə, o cümlədən Azərbaycana sığınmağa çalışacaqlar. Həmçinin Azərbaycanın İsraillə əməkdaşlığını göz önünə gətirsək, İrandakı mühafizəkar dairələrin təzyiqi artacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az