“İsrailin aylardır jurnalistlərə hücum edərək həqiqətləri gizləyə bilməyəcəyini anlamadığını görürük”.
Yenicag.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda öz əksini tapıb.
“Cəsur və qeyrətli jurnalistlər Fələstində yaşanan zülmü bütün dünyaya duyurmağa qəti şəkildə davam edəcək, nazirliyimiz bu mübarizədə onların yanlarında olacaq”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, İsrail hərbçiləri Türkiyənin dövlət televiziyasının (TRT) jurnalistlərinə hücum edərək opertoru yaralayıblar. Onlar daha sonra kameradakı görüntüləri siliblər.
www.yenicag.az