İsrail müharibədən QİDALANIR – Təl-Əvivin Yaxın Şərq planı İFŞA OLDU

media-hightechnic-468x90

“İsrail qonşu ölkələrdə müharibənin, münaqişənin olmasında maraqlıdır”.

Bu sözləri Suriyada baş verən prosesləri, İsrailin atdığı addımları Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

media-terlan-eyvazov

O, bildirib ki, Netanyahu hakimiyyətdə qaldığı müddətcə, Yaxın Şərqdə gərginlik olacaq:

“Suriyada Bəşər Əsədlə müxaliflər arasında qarşıdurma başlayandan milyonlarla insanın qanı axdı, insanlar didərgin düşdü, Suriya faciələr yaşadı. Bəşər Əsəd keçən ilə qədər duruş gətirə bildi. Türkiyənin köməyi ilə Bəşər Əsədin devrilməsi ümidlər yaratdı ki, Suriyada gözlənilən sülh baş tutacaq, insanlar evlərinə qayıdacaq, qarşıdurma içində olan tərəflər silahı yerə qoyacaq və mərkəzi hakimiyyət olacaq”.

Onun sözlərinə görə, kürdlərlə və digər qruplarla hazırkı Suriya hakimiyyəti arasında danışıqlar oldu və nəticə əldə etmək mümkündür:

“Ərəb ölkələr, qonşu ölkələr, hətta Avropa İttifaqı belə Suriyada sabitliyin olmasında maraqlıdır. Maraqlı olmayan tərəf göründüyü kimi İsrail hakimiyyətdir. İsrailin hazırkı hökuməti hakimiyyətə gəldikdən sonra yalnız müharibə aparmaq yolu tutub. İsrail Suriyada Qolan təpələrini işğal etdi, işğalı bir qədər də genişləndirdi. İsrail indi də druzlar vasitəsilə Suriyada maraqlarını təmin etmək istəyir. İsrail hakimiyyəti Bəşər Əsəd devriləndən dərhal sonra Suriya hərbi obyektlərini, dövlət qurumlarının binalarını bombaladı”.

“İsrail ABŞ-nin etirazlarından sonra bir qədər dayanmışdı. Ancaq son günlər yenidən aktivləşib. İsraili İranla toqquşmada dəstəkləyənlər  belə bu məsələdə səssiz qalıb. İsrail regionda sülhün olmasında maraqlı deyil, əksinə, qonşu ölkələrdə müharibənin, münaqişənin olmasında maraqlıdır. Yalnız və yalnız bütün ölkələr 1967-ci ildəki kimi qərar qəbul edib İsraili qonşu ölkələrə təcavüzdən çəkindirmişdilərsə, indi də o addımıatmalıdırlar. İsrail xalqı belə bir təcavüzkar lideri məhkəmənin qərarı ilə hakimiyyətdən kənarlaşdırmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600