"İsrail Nəsrullahın ölümü ilə Hizbullahın zəiflədiyini zənn etdi, amma yanıldı" – ANALİZ

media-hightechnic-468x90

“İsrail Həsən Nəsrullahın öldürülməsi ilə Hizbullah ordusunun zəiflədiyini düşünsə də, hesablamalarında yanıldı.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə politoloq Kənan Rövşənoğlu bildirib.

media-whatsapp-image-2026-04-14-at-12-31-06

Politoloq ABŞ-İran təmasları fonunda İsrailin Livana hücumlarının pərdəarxası səbəblərini şərh edib:

“İsrail faktiki olaraq atəşkəs çağırışlarını rədd edərək Livana hücumlarını davam etdirir, ölkənin cənubunu və Beyrutu intensiv şəkildə bombalayır. Tel-Əviv 26 noyabr 2024-cü il atəşkəs razılaşmasına əməl etməyərək ordusunu Livan ərazisindən çıxarmayıb. Əksinə, İranla münaqişə fonunda yenidən Livana qüvvə yeridərək, Litani çayından cənuba doğru 30 kilometrlik zolağı işğal etməyə çalışıb. Lakin gözlənilmədən Hizbullahın sərt müqaviməti ilə üzləşən İsrail ordusu quru əməliyyatlarında ağır itkilər verib, çoxlu sayda tank və zirehli texnikasını itirib. İndi isə İsrail havadan üstünlüyündən istifadə edərək Livanı ağır bombardmanlara məruz qoyur və rəsmi Beyrutu atəşkəs şərtlərini qəbul edənə qədər sıxışdırmağa çalışır.

Əslində, Livan hökuməti müharibə riski olmasaydı, Hizbullahın silahsızlaşdırılması üçün bu hərəkata təzyiq edirdi. Lakin mövcud şəraitdə İsraillə danışıqlar masasına oturmağa məcbur qaldı. Görünən odur ki, Hizbullah işğalın davam etdiyi bir vaxtda hökumətin onlara qarşı mövqe sərgiləyərək İsraillə birtərəfli anlaşmasına kəskin qarşı çıxır.”

Politoloq vurğulayıb ki, İsrail qruplaşmanın zəiflədiyini düşünməklə strateji səhvə yol verdiyini artıq anlamağa başlayıb:

“İsrail hökuməti hesab edirdi ki, 2024-cü ilin sentyabr hadisələri və Həsən Nəsrullahın sui-qəsdi Hizbullahı iflic edib. Lakin son quru əməliyyatları bunun əksini sübut etdi. ABŞ kəşfiyyatı da ötən dövr ərzində Hizbullahın İranın dəstəyi ilə öz potensialını bərpa etdiyini və yenidən gücləndiyini təsdiqləyir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05