İsrail ordusu Qəzza ilə sərhəddəki təhlükəsizlik zonasını TƏRK ETMƏYƏCƏK
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağında yaradılmış təhlükəsizlik zonasını, istər müvəqqəti, istərsə də daimi atəşkəs sazişi bağlansa belə, tərk etməyəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik zonası İsrail yaşayış məntəqələrini qorumaq və Fələstinin HƏMAS hərəkatının silah qaçaqmalçılığının qarşısını almaq məqsədilə yaradılıb və heç bir razılaşma bu zonadan çıxmağı nəzərdə tutmur.
Qeyd edək ki, bu açıqlama İsrail hökumətinin Qəzzadakı hərbi əməliyyatları genişləndirmək qərarını təsdiqləməsindən sonra səsləndirilib.