İsrail ordusu türkiyəli deputatların olduğu gəmini saxladı

media-hightechnic-468x90

Sumud donanmasının ardınca Qəzzaya humanitar yardım aparan 11 gəmidən ibarət Azadlıq donanması da İsrail ordusu tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, donanmada 26 ölkədən 96 fəal, o cümlədən üç türk millət vəkili və üç İsrail vətəndaşı olub.

İsrailin Xarici İşlər Nazirliyi X hesabında verdiyi açıqlamada sərnişinlərin vəziyyətinin yaxşı olduğunu yazıb:

“Döyüş bölgəsinə daxil olmaq üçün daha bir cəhd uğursuzluqla nəticələnib. Artıq gəmi və sərnişinlər İsrail limanına təhvil verilib. Bütün sərnişinlər təhlükəsiz və yaxşı vəziyyətdədir. Sərnişinlərin tez bir müddətdə ölkədən deportasiya ediləcəyi gözlənilir”./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa