İsrail Qəzzada atəşkəslə bağlı Trampın şərtlərini qəbul etdi

media-hightechnic-468x90

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs təklifini qəbul edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

“İsrail müharibənin dayandırılması haqqında tammiqyaslı sazişi qəbul etməyə hazırdır. Bu saziş girovların azad edilməsini və HƏMAS-ın silahdan imtina etməsini əhatə edəcək”, – o bəyan edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-a “sonuncu dəfə xəbərdarlıq” edərək, İsrailin Qəzzada müharibənin dayandırılması şərtlərini qəbul etdiyini bildirib. Tramp söhbətin hansı şərtlərdən getdiyini dəqiqləşdirməyib./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa