İsrail Qəzzada öz əsgərlərini raketlə vurdu

İsrail Qəzzada öz əsgərlərini vurub.

Yenicag.az xəbər verir ki, bununla bağlı İsrail Ordusu məlumat yayıb.

Bildirilib ki, yerli saatla 06:30-da Hava Qüvvələrinə məxsus F-15 qırıcılarının Xan Yunis bölgəsinə hava hücumu zamanı texniki nasazlıqdan İsrail əsgərlərinin olduğu binaya zərbə endirilib. Zərbə nəticəsində 1 əsgər ölüb, 6 hərbçi yaralanıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

COP29