İsrail rəsmən müharibə elan etdi

media-hightechnic-468x90

hİsrail “Həmas” terror qruplaşmasına qarşı rəsmən müharibə elan edib.

Bu barədə İsrail ordusunun sözçüsü Avihai Adera açıqlama verib. O bildirib ki, İsrail ordusu Qəzza zolağında “Həmas”a qarşı hərbi əməliyyatlara başlayıb:

”İsrail ordusu Qəzzada “Uçuruma qarşı” adlı hərbi əməliyyatlar keçirir. Gecə boyunca havadan, qurudan və dənizdən hücumlar həyata keçirilir”.

Məlumata görə, əməliyyatlarla əlaqədar 1500-dən artıq ehtiyatda olan zabit orduya çağrılıb.

Qeyd edək ki, ötən həftə İsrail hökuməti “Həmas”a raket hücumlarına son verilməzsə, ordu qüvvələrinin hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600