!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsraildə fikir ayrılıqları şiddətlənib” – Ori Qoldberq

!Reklam – Yazi

“Bir çox israilli üçün son 12 ay ərzindəki müharibə artıq İsrailin varlığının bir hissəsinə çevrilib”.

Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdə baş verənlərin İsrail cəmiyyətinə təsirindən danışan israilli politoloq Ori Qoldberq deyib.

Onun sözlərinə görə, 12 aylıq müharibədən sonra İsrail daxilində nəzərəçarpacaq dəyişikliklər var.

“Bir ildir davam edən qarşıdurma ifrat sağçıları gücləndirib. Eyni zamanda, 42 mindən çox fələstinlini öldürdükdən sonra İsrailin münaqişəyə başlaması üçün bəyan etdiyi bir çox səbəb yerinə yetirilməmiş qalıb. Bir çox israilli üçün son 12 ay ərzindəki müharibə artıq İsrailin varlığının bir hissəsinə çevrilib. İnsanlar müharibənin zəruri olduğuna inanır. Hətta niyə və nə məqsədlə olduğunu bilməsək də. Biz yalnız nə olur-olsun, problemin həll yolunun müharibə olduğunu bilirik.

Həmçinin İsraildə daha dərin ictimai dəyişikliklər baş verib. Uzun müddətdir davam edən fikir ayrılıqları şiddətlənib”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

64
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv