İsraildə sinaqoqun tribunası çökdü: Ölən və yaralananlar var

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribuna çöküb.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə zamanı 132 nəfər xəsarət alıb. 2 nəfər isə həlak olub.

Məlumata görə, yaralılardan 5-i ağır, 8-i orta ağır vəziyyətdədir. Hadisə zamanı xəsarət alanlardan 119-nun vəziyyəti normaldır.