!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailə 60 raket atmağa səbəb olan "fələstinli" uşağın "ÖLÜMÜ" - Feyk xəbərlər necə YAYILIR? - VİDEO

!Reklam – Yazi

Qəzzanın “dinc sakinləri”nin İsrail tərəfindən “öldürülməsi” ilə bağlı feyk xəbərlər yayılır. 

Yenicag.az xəbər verir ki, Fələstin mediası Moskvada yaşayan sağlam qız uşağını ölmüş 3 yaşlı “fələstinli” kimi təqdim edib. Feyk xəbər sürətlə yayılıb və dünya mediasında rezonansa səbəb olub.

Və bu “ölüm2ə görə HƏMAS İsrailə 60 raket zərbəsi endirib.

Moskvada 5 yaşlı qızı Safiya ilə birgə yaşayan Tamara adlı gənc gürcü qadın başına gələn inanılmaz hadisəni belə nəql edir:

“Qızımla zooparkda gəzirdik. Birdən telefonuma dayanmadan zənglər, mesajlar gəlməyə başladı. Əvvəlcə fikir vermədim, sonra məsələnin ciddi olduğunu anladım. Mənim sağlam qızımı ölmüş fələstinli uşaq kimi qələmə verərək bütün dünyaya xəbər yayıblar.

Çox hirsləndim, onlara hər cür söyüş yazmağa hazır idim. Sonra bu fikrimdən vaz keçdim və sakitləşdim. Onlar İnstaqramdan gözəl uşaqların şəkillərini götürüb bu cür feyk xəbərlər yayaraq istifadə edirlər. Özlərini məzlum, zərərçəkmiş kimi göstərirlər.

Mənə dedilər ki, onlar həmişə yalan yazırlar. Mən onlara yazdım, izahat istədim, xəbərin silinməsini tələb etdim. Onlar heç bir təkzib vermədilər, hətta xəbəri silmədilər. Çünki onlara bu xeyir gətirməz və xalqın qarşısında yalançı çıxarlar.

Onlar sağlam uşaqlardan öz məqsədləri üçün istifadə edirlər. Mən İsraillə də əlaqə saxladım. Dedilər ki, sizin uşağın yalan ölüm xəbərinə görə, HƏMAS 60 raket atıb İsrailə. Bu məlumatdan dəhşətə gəldim.

Sonra HƏMAS barədə araşdırma apardım.

İsraildən mənə 2 dəfə mesaj gəldiki, “Fələstin sizə nə qədər pul verib?”. Deim ki, mən belə şeyə görə öz uşağını satan adama oxşayıram? Mən Fələstin konsulluğuna zəng vurdum, hər şeyi onlara izah etdim.

Onlar məndən bütün məlumatları götürdülər, lakin heç bir kömək etmədilər və xəbəri silmədilər. Onlar üçün fərqi yoxdur”.

Daha ətraflı videoda:

Xuraman Etibarlı

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv