İsrailin hava limanı vuruldu
“İzzəddin əl Qəssam dəstələri”nin döyüşçüləri İsrailin hava limanını vurub.
Dəstə Təl Aviv şəhərində olan Ben Qurion hava limanını 2 ədəd M75 raketi ilə vurduğunu elan edib.
Həmasın hərbi qanadı sayılan silahlı qruplaşmanın təşkil edilən hücumda 8 İsrail əsgərinin öldüyünü açıqlayıb. “İzzəddin əl Qəssam dəstələri”nin şərhində aerodrom vurulduqdan sonra şəhərdə həyəcan siqnalı çalındığı bildirilib.
Qeyd edək ki, daha əvvəl təhlükəsizlik səbəbiylə bir çox hava yolu şirkəti İsrailə uçuşları müvəqqəti olaraq dayandırmışdı. ABŞ-ın da bənzər qərar alması ölkə daxilində müzakirələrə gətirib çıxarmış, daha sonra qadağa aradan qaldırılmışdı.