!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin HƏMAS-ın hücumundan xəbəri var idimi? - VİDEO

!Reklam – Yazi

“Belə bir versiya geniş yayılıb ki, İsrail guya HƏMAS tərəfindən hücuma özü imkan verib. Səbəb isə guya budur ki, sərt cavab üçün özünə bəraət qazandıra bilsin. Bütün konspirasiya nəzəriyyələri kimi, bunu da təkzib etmək çətindir. Çünki bu iddia daşlaşmış stereotipə söykənir: İsrail kəşfiyyatı dünyanın ən yaxşılarından biridir, ordunun hazırlığı yüksək səviyyədədir, ən müasir texnikalarla təchiz olunub və sair. Yəni guya bütün bunlara görə İsrail hansısa hücumun hazırlanmasından xəbərsiz ola bilməzdi”.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində danışılır.

Qeyd olunur ki, gerçəklik özü bu iddianı təkzib edir:

“İsrailin həm mülki, həm də hərbi itkilərinin miqyası o qədər böyük oldu ki, “casus belli” əldə etmək üçün şübhəli perspektiv naminə hücuma icazə vermək nəzəriyyəsi puça çıxır. Əgər hansısa “hücum bəhanəsi” lazım olsa idi, onu daha az itkilərlə təmin etmək olardı”.
Terrorçuların uzun illər boyu xüsusi hazırlaşdığını qeyd edən müəllif bildirir ki, İsrailin ərəb dövlətləri ilə münasibətlərini düzəltməyə çalışdığı bir məqamda Fələstinlə qarşıdurmanın güclənməsi Təl-Əvivin ümumiyyətlə marağında deyil.

Ətraflı süjetdə:

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv