İsrailin maliyyə nazirindən qalmaqallı ŞƏKİL – “Ərəblərə ölüm” yazısı fonunda

media-hightechnic-468x90

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç işğal altındakı İordan çayının qərb sahilinə (Qərb Sahili) provokativ səfəri zamanı qalmaqallı fotoya çəkilib.

Yenicag.az xəbər verir ki, yerli “Haaretz” qəzetinin məlumatına görə, nazir Sa-Nur adlı qeyri-qanuni yəhudi məskənində “Ərəblərə ölüm” yazılmış divar qraffitisi önündə şəkil çəkdirib.

Smotriç səfəri zamanı bildirib ki, 2005-ci ildə boşaldılan bu və digər oxşar məskənlərin yenidən əvvəlki vəziyyətinə qaytarılması planlaşdırılır. Onun bu çıxışı İsrailin işğal etdiyi Fələstin torpaqlarında qeyri-qanuni məskunlaşmanı daha da genişləndirmək niyyətini göstərir.

Nazir bəzi fanatik yəhudilərlə birlikdə “İsrail xalqı Sa-Nura qayıtsın!”“Ərəblərə ölüm” ifadələrinin yazıldığı divarın önündə foto çəkdirib. Söhbət çoxsaylı qeyri-qanuni yəhudi məskəni olan Şomron bölgəsindən gedir. Sözügedən fotoşəkillər də bu bölgənin regional şurası tərəfindən yayımlanıb.

İsrail Maliyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, nazirin çəkildiyi fotoda belə bir yazının mövcudluğu sonradan aşkar edilib.

Qeyd edək ki, Smotriç işğal olunmuş Qərb Sahilinin tam şəkildə İsrailə ilhaq edilməsinin tərəfdarıdır və tez-tez bu ərazilərdəki qeyri-qanuni məskənlərə səfərlər edir. Bu məskənlər beynəlxalq hüquqa əsasən qeyri-qanuni sayılır və bu fəaliyyətlərə beynəlxalq səviyyədə ciddi etiraz mövcuddur.

Hazırda işğal altındakı Qərb Sahili və Şərqi Qüdsdə təxminən 720 min yəhudi yaşayır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa