İsrailin Qəzzaya hücumları nəticəsində 85 nəfər ölüb – Aclıqdan ölənlərin sayı artır

media-hightechnic-468x90

İsrail ordusunun Qəzza zolağına endirdiyi son hava zərbələri nəticəsində azı 85 nəfər həlak olub.

Yenicag.az “Al-Jazeera” xəbər platformasına istinadən xəbər verir ki, hücumlar cümə axşamı səhər saatlarından başlayıb və intensiv şəkildə davam edir. Tibb mənbələrinin “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamalara əsasən, davam edən bombardmanlar səbəbilə həlak olanların sayının artacağı istisna olunmur.

Qəzzanın Səhiyyə Nazirliyi isə bildirib ki, son günlər ərzində aclıq səbəbilə həyatını itirənlərin sayı 29 nəfərə çatıb. Onların arasında əsasən uşaqlar və yaşlı şəxslər olub. Nazirlik qeyd edib ki, hazırda minlərlə insan ciddi aclıq təhlükəsi ilə üzləşib.

Hazırkı vəziyyət bölgədə humanitar fəlakət riskini daha da artırır.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600