“İsrailin tək çıxış yolu qaldı”

media-hightechnic-468x90

sdsrİslami Cihad Hərəkatının Baş katibi Ramazan Abdullah Şallah “Əl-Cəzirə” kanalına müsahibə verib.

Şallah İsraillə yaşanan qarşıdurmalarla bağlı danışaraq döyüşün nə vaxt bitəcəyini özlərinin müəyyənləşdirəcəyini söyləyib.

Şallah sionist rejimin 2012-ci ildə əldə edilən atəşkəs razılığının şərtlərinin heç birini yerinə gətirmədiyini qeyd edib. Bundan sonra iki il əvvəlki razılığın yenilənməsini qəbul etməyəcəklərini vurğulayıb.

Şallah İsrailin tək şansının Qəzzaya tətbiq edilən embarqonun qaldırılması və sərhədlərin açılmasının olduğunu və başqa yolun qalmadığını bildirib.

Qeyd edək ki, İslami Cihad Hərəkatının Baş katibi Ramazan Abdullah Şallahın “Əl-Cəzirə” kanalına verdiyi müsahibənin tam mətnini sabah yayımlayacağıq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600