İsraillə gizli görüşən türk diplomatla bağlı şok iddia – Bülent Yıldırımdan

media-hightechnic-468x90

071220141302597748842İsrailin tanınmış “Ha’aretz” qəzeti İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Dore Gold ilə Türkiyə Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Feridun Sinirlioğlunun Romada gizli görüş keçirdiyini yazıb.

Yenicag.az xəbər verir ki, görüş 7 iyun seçkilərindən sonra baş tutub. 8 iyunda Gold Sinirlioğlu ilə görüşmək üçün Romaya gedib.

Qəzet görüşün bir illik fasilədən sonra baş tutduğunu yazıb.

Hər iki ölkənin XİN-i məsələni şərh etməkdən imtina edib.

Maraqlıdır ki, israilli diplomatla görüşən Feridun Sinirlioğlu haqqında bir müddət öncə “İsraillə işbirliyi” ittihamı səslənmişdi. Belə ki, “Mavi Mərmərə” məsələsi ilə bağlı danışan İnsani Yardım Vəqfi (İHH) başqanı Bülent Yıldırım “İçimizdə “Troya atları var” deyərək, bu diplomatı prezident və baş nazirin istəməsinə rəğmən “Mavi Mərmərə” ilə bağlı İsrail əleyhinə sənədləri beynəlxalq cəza məhkəməsinə göndərməməkdə suçlamışdı.

Bəzi qaynaqlar Feridun Sinirlioğlunun Gülənin kripto müridlərindən olduğunu söyləyirlər.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600