“Azərbaycan bu illər ərzində müəyyən qədər İranı nəzərə alaraq İsraildə səfirlik açmamışdı. Ancaq bu il İsraildəki səfirliyimizin açılışını etdik”.
Bunu Azərbaycanın İsraildəsəfirlik açmasının bölgədəki geosiyasi vəziyyət təsiri haqqında danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın İsraildə fəaliyyətə başlayana səfirliyi iki ölkə arasında dostluq, diplomatik, iqtisadi-siyasi, hərbi müttəfiqlik münasibətlərinin daha da inkişafına səbəb olacaq:
“İsraillə 1992-ci ildə diplomatik əlaqələr qurulub, 1993-cü ildə isə İsrailin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Yanaşı olaraq, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz İsraildir. İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf etdirilib, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövründə də İsrail Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bizim “din qardaşlarımız” isə ermənilərin yanında olub. Azərbaycan bu illər ərzində müəyyən qədər İranı nəzərə alaraq İsraildə səfirlik açmamışdı. Ancaq bu il İsraildəki səfirliyimizin açılışını etdik. İki ölkə arasında atılan bu addım Azərbaycana, eyni zamanda, İsrailə böyük töhfələr verəcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az