!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraillə İran arasında müharibə EHTİMALI: “ABŞ-nin razılığını gözləyəcəklər”

!Reklam – Yazi

“İsrailin yaxın zamanda İranla açıq müharibəyə girəcəyini gözləmirəm”.

Bu sözləri İranın İsrailə raket zərbələri endirməsini və bundan sonra gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, İsrail ABŞ-nin xeyir-duasını almadan İrana zərbələr endirməyəcək.

“İran İsrailə raket zərbələri endirdi. Ancaq İsrailin hansı itkilərə məruz qalması haqqında heç bir məlumat yoxdur. İran raket zərbələrini dayandırıb. İsrail İranı hədələsə də, başı “Hizbullah”la müharibəyə qarışıb. İsrail ordusunun 70-80 minlik zərbə qüvvəsi Livanın cənubuna girib. Belə olan halda, İsrailin İranla müharibə aparması gözlənilmir. Hərçənd ki, dəhşətli cavab verəcəyi ilə bağlı hədələyir. Müharibələrdə hədələmələr olur”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Yaxın zamanda İsraillə İran arasında genişmiqyaslı müharibə ehtimalı azdır.

“Bu müharibəni İsrail o zaman başlaya bilər ki, ABŞ-dən xeyir-dua alsın. ABŞ isə seçki ərəfəsindədir. Demokratlar hakimiyyəti istəməz ki, siyasi rəqibləri onlara “siz növbəti prezident seçkilərinə yeni müharibə ilə gedirsiniz” desinlər. ABŞ İsrailə təskinlik verir ki, dözsün və seçkilərdən sonra buna baxarlar. O vaxta qədər geniş müharibənin olacağı gözlənilmir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv