İsrailin enerji və su qaynaqları naziri Yuval Steyntz şok açıqlama ilə yadda qalıb.
Yenicag.az xəbər verir ki, nazir açıqlamasında Qəzzanı işğal etməkdən danışıb:
“Həmasdan qurtulmaq üçün Qəzzanı dərhal işğal etməliyik”.
Bundan əlavə, Steyntz əldə olunan atəşkəsin vaxtsız və yersiz olduğunu qeyd edib. Onun sözlərinə görə, “Həmas”dan birdəfəlik qurtulmadıqları müddətcə bölgədə sülhdən söhbət belə gedə bilməz.
Qeyd edək ki, İsrail əsgərləri 14 fələstinlini bu gün həbs edib.
www.yenicag.az