İSTAD-dan Xocalı Soyqırımı ilə bağlı böyük panel-İstanbulda-Fotolar

media-hightechnic-468x90

İstanbulda Xocalı soyqırımının 23-cü ilinə həsr edilmiş toplantı keçirilib.İstanbul Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin (İSTAD) təşkil etdiyi toplantının açılışından əvvəl iştirakçılar Xocalı şəhidlərinin xatirələrini yad etmək məqsədiyllə əllərində şamlarla binanın həyətinə çıxıblar.Orada çıxış edən İSTAD başqanı Səfər Qaraqoyunlu ermənilərin Xocalıda 613 Azərbaycan vətəndaşını qaranlıqda şəhid etdiyini xatırladaraq,”Xocalı soyqırımı millətimizə, hamımızın ailəsinə yapılmış soyqırımdır.Ona görə biz bu axşam Xocalı şəhidlərini öz ailə üzvlərimiz kimi yad edirik.Dünya indiyə qədər bu faciəyə niyə lazımi hüquqi qiyməti verməyib? Buradan ermənilərə müraciət edib deyirəm ki,bir an əvvəl Xocalı faciəsini soyqırım kimi tanısınlar,işğal etdikləri Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxsınlar, Türkiyəyə qarşı torpaq iddialarından vaz keçsinlər.Bizim heç kimsəyə vermək üçün bir çınqıl daşımız belə yoxdur.Xocalı faicəsi ermənilərin XİX əsrdən bəri bizə yapdıqları beşinci soyqırımdır.Unutmasınlar ki, biz qəfildən gələ bilərik”- deyib.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov diasporanın və Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü “soyqırım” böhtanlarının gücləndiyi vaxtda Türkiyədəki ermənilərin Türkiyəni müdafiə edən bəyanatlarla çıxış etməmələrini tənqid edib.”Niyə Türkiyə erməniləri diasporaya və Ermənistanın əli qanlı rəhbərlərinə məktublar yazıb demirlər ki, biz Türkiyədə özümüzü təhlükəsiz hiss edirik, Türkiyənin bütün vətəndaşlara verdiyi demokratik hüquqlardan biz də hamı kimi istifadə edirik? Ermənilərin təcavüzkar siyasətinin qabağını almaq üçün biz mübarizəmizi Türkiyə ilə birlikdə aparmalıyıq.Buradan sizə müraciət edib deyirəm ki, qardaşınız olan Azərbaycanla fəxr edin, çünki indi Azərbaycan dünya ölkələri arasında öz sözünü deyə bilən, öz istəklərini qəbul etdirən bir ölkədir.Əmin olun ki, biz bu mübarizəni birgə aparsaq, ermənilər bizim qabağımızda diz çökəcəklər”- baş konsul Zeynalov çıxışını bu sözlərlə bitirib.

Toplantıda çıxış edən jurnalist-yazar Aqil Ələsgər Xocalı soyqırmını dünyaya tanıtdırmaq üçün Azərbaycan ilə Türkiyənin birgə mübarizə aparmasının vacibliyindən bəhs edərək, “Sistemli və ardıcıl şəkildə çalışmağımız halında bütün məqsədlərimizə çatacağımıza inanıram”-deyə vurğulayıb.

İSTAD-ın təşkil etdiyi və Xocalı soyqırımına həsr edilmiş toplantıda çıxış edən millət vəkili Aqil Abbas deyib ki, ermənilərin iddia etdikləri kimi, Osmanlı torpaqlarında bu qədər erməni ölübsə, bəs onların toplu məzarları haralardadır? “İnşallah, o da olacaq.ATƏT, ABŞ,Fransa, Rusiya deyir ki, sülh olsun.Mən isə deyirəm ki, savaş olsun.İndi bizim son dərəcə cəsur və qərarlı Ali Baş Komandanımız var.Biz onun əmrini gözləyirik,torpaqlarımızı işğaldan savaş yoluyla azad etmək üçün indi bizim hər cür imkanımız var”- millət vəkili Aqil Abbas toplantıdakı çıxışını bu motivlərlə nöqtələyib.

Toplantıda çıxış edən millət vəkili Sabir Rüstəmxanlı isə tarix boyu ermənilərin Azərbaycan türklərinə etdikləri zülmlər unuduluduğuna görə, ermənilərin türkləri sistematik şəkildə soyqırımlara məruz qoyduğunu vurğulayıb.”Azərbaycanlıların ən qədim zamanlardan bəri məskunlaşdıqları torpaqlarda qurulan Ermənistan dövləti, hər şeydən əvvəl, Türkiyəyə qarşı yaradılıb.Ona görə də Türkiyəni idarə edənlər bunu heç vaxt unutmamalı və Ermənistana qarşı siyasəti buna uyğun şəkildə qurmalıdırlar”- deyə sözünə davam edən Sabir Rüstəmxanlı, son illərdə Xocal soyqırımını dünyaya tanıtdırmaq sahəsində Azərbaycanın gördüyü ardıcıl və planlı işlərin öz bəhrəsini verməyə başladığını, 10-dan çox ölkənin Xocalı soyqırımını tanıdığını bildirib.Türkiyə hökumətinin Ermənistanla “açılım” siyasətini sərt tənqid edən millət vəkili Rüstəmxanlı, “Türkiyə nə vaxt “açılım” edibsə, torpaq itirib.Osmanlı imperiyasının süqutunun əsasını da bu “açılımlar qoymuşdu”-deyə Sabir Rüstəmxanlı vurğulayıb.
Ermənilərin 1965-ci ildə İrəvanda qoyduqları abidənin heç vaxt unudulmamasının lazım olduğunu vurğulayan professor, millət vəkili Fəzail İbrahimli, toplantıdakı çıxışında “Ermənilər Cənubi Qafqazı tamamilə Türklərdən təmizləmək istəyirlər” –deyə sözlərinə davam edib.16 Mart 1920-ci ildə Türkiyənin işğal edilərək yunan dövləti qurulduğunu xatırladan Fəzail İbrahimli, “Ermənilər bizim zəif vaxtlarımızdan istifadə edərək bizi soyqırıma məruz qoyublar.Amma unutmayaq ki, biz heş vaxt gücsüz olmamışıq, bu gün də deyilik.Türkiyə işğal ediləndə hamı ümidsizliyə qapılmışdı, ancaq Atatürk kimi bir dahi gəlib vətən torpaqlarını işğaldan azad etdi.Ona görə də işğal altındakı torpaqlarımızı azad edəcəyimiz günlərin çox uzaqda olmadığını deməliyəm”- millət vəkili Fəzail İbrahimli çıxışını bu sözlərlə bitirib.

Konfrasın axırında İSTAD başqanı Səfər Qaraqoyunlu çıxışçılara xatirə plaketləri verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600