İstanbula 1800 nəfərlik xüsusi təyinatlı polis qüvvələri yeridilib.
APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Xüsusi təyinatlılar strateji əhəmiyyətli obyektlərdə yerləşdirilir. Şəhərə həmçinin zirehli texnika yeridilib.
İstanbul təhlükəsizlik xidmətinin rəisi icazə olmadan şəhər üzərində uçan helikokopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib.
Xatırladaq ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.