Özbək bankir Parisdə oğurlandı

media-hightechnic-468x90

Özbəkistanın “Anorbank” rəqəmsal bankının sahibi Kahromonjon Olimov Parisdə oğurlanıb və iki gün sonra fidyə ödənildikdən sonra sərbəst buraxılıb.

Yenicag.az xəbər verir ki, Bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Hadisə iyunun 23-də baş verib. Həmin şəxs zorla şəhərdən kənara aparılıb və ümumilikdə iki gün Nitsa yaxınlığındakı malikanənin zirzəmisində saxlanılıb. Qismən fidyə ödənildikdən sonra bankir azadlığa buraxılıb.

“Paris xəstəxanasının həkiminin dediyinə görə, Olimov çoxsaylı qançırlar və xəsarətlər alıb. O, özü də yuxusuzluqdan və daim ayıqlıqdan şikayətlənib”, – məqalədə deyilir.

Kahromonjon Olimov “Anorbank” kommersiya rəqəmsal bankının ən böyük səhmdarıdır – şirkətin səhmlərinin 95,1%-nə sahibdir./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600