İstanbulda erməni yaxalandı

media-hightechnic-468x90

81848İstanbulda yaşayan erməni fotoqraf Aspet Manukyan pilotsuz uçan aparatın köməyi ilə Atatürk adına hava limanını çəkib və videonu “Youtube”a yerləşdirib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, erməninin bu qanuna zidd hərəkəti hava limanının təhlükəsizlik orqanlarının əməkdaşlarının hərkətə keçirib.

Təhlükəsizlik orqanlarının əməkdaşları həmin ermənini tutublar. Manukyan internetdə yaydığı 12 dəqiqəlik videonu silib. Daha sonra hamıdan üzr istəyib.

Lakin onun işi bununla bitməyib, sərbəst buraxılmayıb. Atatürk hava limanının rəhbərliyi onun barəsində iddia irəli sürüb.

Hava limanının rəhbərliyi açıqlama verib ki, bu erməninin aeroportu kameraya çəkməsi və internetdə yaymasından terrorçular istifadə edə bilər. Bundan başqa pilotsuz aparat təyyarə uçuşları və enmələrində problemlər yarada bilərdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa